Ezonn Xəbər

Moskva aeroportlarında 30-dan çox reys ləğv edilib

Moskva aeroportlarında 30-dan çox reys ləğv edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Rusiyanın paytaxtı Moskva, Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında qar yağışı nəticəsində 37 reys ləğv edilib. Eyni zamanda, 40 reysdə iki saatdan artıq gecikmələr yaşanır. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik bildirir ki, paytaxtın hava limanları hələ də təyyarələri qəbul etməyə və yola salmağa davam edir. Bu gün 538 reysin həyata keçirildiyi təsdiqlənib. Operativ xidmət göstərmək məqsədilə əlavə heyət cəlb edilib. Uçuş-enmə zolaqları üçün xüsusi kimyəvi maddələrlə mütəmadi təmizləmə işləri həyata keçirilir. Moskvada və ətraf bölgələrdə sarı hava təhlükəsi səviyyəsi qalmaqdadır. Günün sonuna doğru qarın hündürlüyünün 7-12 sm-ə qədər artması gözlənilir. Şəhər yollarında buzlanma və qar yığınları müşahidə edilir. Nəqliyyat departamenti, qar yağışının noyabrın 28-inə qədər davam edə biləcəyi barədə vətəndaşları xəbərdar edib.