Ezonn Xəbər

Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto

Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Dünyaca məşhur teleulduz Kim Kardaşyan və reper Kanye Uestin 13 yaşlı qızı Nort Vest, son görüntüləri ilə sosial mediada diqqət mərkəzindədir. Onun qeyri-adi görünüşü, izləyicilərdə müxtəlif mülahizələr və tənqidlər doğurub. Nort, Los-Ancelesdə səsyazma studiyasından çıxarkən görüntülənib. Onun tünd göz makiyajı, rəngli saçları, ağardılmış qaşları və qotik geyim tərzi, izləyicilər arasında birmənalı qarşılanmayıb. Bir çox istifadəçi, bu görünüşü 13 yaşına uyğun olmadığına işarə edərək, valideynlərini tənqid edib. Ötən ay, Nort anası Kim Kardaşyan ilə birlikdə TikTok-da canlı yayımda iştirak edərək görünüşünə yönələn iradlara cavab verib. O, “Şeytani deyiləm, dostlar. Mənə şeytani deməyi dayandırın. Sadəcə belə geyinməyi sevdiyim üçün məni mühakimə etməyin. Kitabı üz qabığına görə qiymətləndirməyin,” - deyə bildirib. Nort, ona ünvanlanan tənqidlərin qara diş aksesuarları və pirsinqlərilə bağlı olduğunu düşündüyünü də qeyd edib. İstəyi, öz stilini ifadə etmək olan genç qız, bununla da daha geniş müzakirələrin yaranmasına səbəb olub.