Kərim Vəliyev tacikistanlı generalla görüşdü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Tacikistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə K.Vəliyev, qonaqları salamlayaraq, iki ölkə arasındakı hərbi əməkdaşlığın vəziyyətindən razılıq ifadə edib. O, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişlənməsinə böyük təsir edəcəyini bildirib.
General-mayor Şaraf Egamzod, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizə səfər etməsinin məmnunluğunu qeyd edib. O, bu cür görüşlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin, ordular arasında münasibətlərin inkişafına vacib töhfə verəcəyini vurğulayıb.
Beləliklə, görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər müzakirə edilib.