Ezonn Xəbər

Goldman Sachs strateqi süni intellekt şirkətlərinin səhmlərini almağın hələ tez olduğunu düşünür

Goldman Sachs strateqi süni intellekt şirkətlərinin səhmlərini almağın hələ tez olduğunu düşünür
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Goldman Sachs-ın strateqi Kristian Müller-Qlissmann, cari bazar şəraiti fonunda süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərini almağın hələ tez olduğunu bildirib. Bu barədə analitik Bloomberg-ə məlumat verib. Müller-Qlissmann, investorların süni intellektə yatırılan milyardların real mənfəətə çevrilməsini gözləməli olduqlarını vurğulayıb. Strateq, hazırki bazar vəziyyətinin kifayət qədər qeyri-sabit olduğunu qeyd edərək, investorların mövqelərinin hələ də bazarın dibi ilə bağlı göstəricilərin altında olduğunu bildirib. O, mərkəzi bankların yumşaq pul-kredit siyasətinə keçməsinin bazarı sabitləşdirə biləcək ən aydın addım olacağına inanır. ABŞ-da belə bir siyasətin həyata keçirilməsinin vacib olduğunu düşünən Müller-Qlissmann, inflyasiyanın Federal Ehtiyat Sisteminin (FED) hədəflərinə uyğunluk təşkil etdiyini bildirib. Bazarın korreksiyasının uzanması ilə bağlı xəbərdarlıq edən strateq, ABŞ ev təsərrüfatlarının səhmlərə yatırımlarının dotkom köpüyü dövründən daha yüksək səviyyədə olduğunu da vurğulayıb. Bu, iqtisadi risklər yarada bilər. Kredit spredlərinin genişlənməsi, 2018-ci ilin sonundakı vəziyyətin təkrarlanma ehtimalını artırır. Həmin dövrdə FED-in pul-kredit siyasətini sərtləşdirməsi iqtisadi artım gözləntilərini zəiflətdiyi üçün mərkəzi bank qərarlarını yumşaltmaq məcburiyyətində qalmışdı. Müller-Qlissmann, "Fond bazarı indiki səviyyədə qalsa, sabitləşməsə və bərpa olunmasa, bu, iqtisadi artıma ciddi zərbə vuracaq" ifadəsini işlədib.