Ezonn Xəbər

Bakıda faciəvi hadisə - VİDEO

Bakıda faciəvi hadisə - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Paytaxt Bakıda faciəvi bir hadisə baş verib. Dünən, 37 yaşlı Həmidə Aslanovanın meyiti Qərb Yasamal rayonu 2-ci Alatava adlanan ərazidəki bir fərdi evin hamam otağında aşkar edilib. Hadisəni qadının yaxınları aşkarlayıb. Meyitin üzərində aparılan ilkin araşdırmalara görə, zəhərlənmə ehtimalı var. Həmidə Aslanovanın dəm qazından zəhərlənərək həyatını itirdiyi düşünülür. Hadisə yerinə dərhal istintaq qrupu çağırılaraq, meyitə gözdən keçirilib. Meyit daha sonra müayinə üçün məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinə göndərilib. Hazırda Yasamal rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır. Xəzər Xəbər, hadisə ilə bağlı daha geniş videomaterial təqdim edir. Yaşadığınız maraqlı hadisələri bizə göndərməyə dəvət edirik.