İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan, Azərbaycanın Naxçıvan bölgəsi ilə Bakı arasında yeni dəmir yolu xəttinin tikintisinə 2027-ci ildən başlayacağını elan edib. Bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində məlumat verib.
Kostanyan qeyd edib ki, TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolu xəttinin marşrutu artıq müəyyən edilib. Onun sözlərinə görə, indiki mərhələdə dəmir yolunun çəkiləcəyi ərazidə təmizləmə işləri həyata keçirilir. Bu işlərin, 2024-cü ildən etibarən tikintinin başlanması məqsədilə aparıldığını ifadə edib.
Yeni dəmir yolu xətti Nüvədi–Əkərək marşrutu boyunca Araz çayının sahilindən keçəcək və Naxçıvan ərazisində davam edəcək. Marşrutun Ermənistandan keçən hissəsi isə təxminən 42 kilometr uzunluğunda olacaq və İran sərhədinə yaxın ərazidən uzanacaq.
Bu layihənin həyata keçirilməsi sayəsində, Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması planlaşdırılır. Qeyd edək ki, Nüvədi–Əkərək dəmir yolu xətti Azərbaycan ərazisindəki Horadiz–Ağbənd dəmir yoluna birləşəcək və onun tikintisinin 2028-ci ildə tamamlanması planlaşdırılır.