ABŞ, Çin və 13 iqtisadiyyata yeni rüsumlar tətbiq etməyə hazırlaşır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ, Çin, Avropa İttifaqı (Aİ) və daha 12 iqtisadiyyata yeni gömrük rüsumları tətbiq etməyi təklif edib. Bu fikri ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn açıqlayıb.
Təklif, ABŞ-nin ticarət tərəfdaşlarında həddindən artıq istehsal güclərinin müəyyənləşdirilməsi məqsədilə aparılan araşdırmanın nəticələrinə əsaslanır. Bu araşdırmaya 2026-cı ilin martında başlanıldığı bildirilir.
“Axios” portalının məlumatına görə, yeni rüsumların dərəcəsi 20 faizə qədər ola bilər. Ceymison Qrir, rüsumların əsasən konkret məhsul kateqoriyalarına tətbiq ediləcəyini və artıq qüvvədə olan tariflərlə cəmlənməyəcəyini vurğulayıb. Ticarət danışıqları uğursuz olarsa, Çinə tətbiq ediləcək rüsumların dərəcəsi 40 faizə qədər yüksələ bilər.
Yeni rüsumların, Çin və Aİ ilə yanaşı, Banqladeş, Kamboca, Hindistan, İndoneziya, Yaponiya, Cənubi Koreya, Malayziya, Sinqapur, İsveçrə, Tailand və Vyetnama da şamil edilməsi planlaşdırılır. Həmçinin, Tayvana qarşı da məhdudlaşdırıcı tədbirlər gözlənilir.
Təklif ictimai müzakirəyə çıxarılıb və müzakirələrin nəticələrindən asılı olaraq, yeni rüsumların 2027-ci ilin yanvarında qüvvəyə minəcəyi bildirilib. Eyni zamanda, Çin Ticarət Nazirliyi ABŞ-nin həddindən artıq istehsal güclərinə qarşı mübarizə bəhanəsi ilə beynəlxalq təchizat zəncirlərini pozmağa cəhd edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlayıb.