İranda saxta spirtli içkidən 20 nəfər ölüb
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Təxminən son bir ay ərzində İranın bir neçə regionunda saxta spirtli içkidən istifadə edilməsi nəticəsində 20 nəfər ölüb. Bu məlumatı İran Səhiyyə Nazirliyinin rəsmisi Səccad Rəzəvi açıqlayıb.
Rəzəvi bildirib ki, bu müddətdə 356 nəfərin zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənmədən sonra xəstəxanaya yerləşdirilənlərin sayı 187-dir, bunlardan 142-si artıq evə buraxılıb. Vəziyyəti ağır olan 33 nəfər isə reanimasiya bölmələrində müalicə olunur.
Rəzəvi, həmçinin zəhərlənənlərin orta yaşının 30 olduğunu, bu hadisələrin içərisində 12 yaşlı bir uşağın da olduğunu vurğulayıb. 16 nəfər isə saxta içkidən istifadə nəticəsində görmə qabiliyyətini itirmişdir.
Bu dövrdə baş verən zəhərlənmə halları Iranın müxtəlif bölgələrini əhatə edir, və bu məsələ cəmiyyət tərəfindən ciddi narahatlıq doğurub. Səhiyyə Nazirliyi tərəfindən məsələyə müdaxilə edilib və zəhərlənmiş şəxslərlə bağlı tədbirlər görülür.