Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Mədəniyyət Nazirliyi tanınmış aktrisa Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayımlayıb. Nekroloqda mədəniyyətimizə dəyərli bir itki olduğu vurğulanır. Elmira Şabanova 86 yaşında, 2026-cı il noyabrın 25-də dünyasını dəyişib.
Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. O, 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsini bitirmişdir. 1969-cu ildən isə Rejissorluq fakültəsindən məzun olmuşdur. 1962–1997-ci illərdə həmin institutda pedaqoji fəaliyyətlə məşğul olub, gənc aktyorların yetişməsində mühim rol oynamışdır.
Kino sənətində yaddaqalan obrazlar yaradaraq, Elmira Şabanova uzun illər ərzində özünəməxsus yaradıcılıq dəst-xəti ilə tanınmışdır. Onun "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə canlandırdığı obrazlar tamaşaçıların qəlbində dərin iz qoyub. Eyni zamanda, radio və televiziya tamaşalarında oynadığı rollar da sevilmişdir.
Elmira Şabanovanın mədəniyyətimizə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2000-ci ildən "Əməkdar artist", 2006-cı ildən isə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü olmuşdur.
Mədəniyyət Nazirliyinin kollektivi Elmira Şabanovanın vəfatından dərin kədər hissi ilə başsağlığı verir, mərhumun ailəsinə və yaxınlarına səbir diləyir.