Putinlə gizli danışıqlar apardılar

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş Naziri Yonas Qar Styör, oktyabrın 27-də Moskva ilə gizli danışıqlar aparıblar. Bu müzakirələrin məqsədi Baltik dənizindəki hərbi qarşıdurmaların qarşısını almaq olub.
Məlumatlar "The Wall Street Journal" tərəfindən təqdim edilib. Hər iki lider, rusiyalı bir iş adamının vasitəçiliyi ilə Vladimir Putinlə şəxsən danışaraq, onu NATO-nun Baltik dənizində blokada tətbiq etməyəcəyinə inandırmağa çalışıblar.
Qeyd edək ki, əvvəllər Moskva Baltik regionundakı maraqlarını qorumaq üçün Qərb ölkələrinə nüvə zərbələri endirmək niyyətində olduğunu bildirmişdi. Bu, bölgədəki gərginliyi daha da artırıb.
Son dövrlərdə Qərb ölkələrinin Rusiyanın "kölgə donanması"na aid tankerleri ələ keçirməyə cəhd etməsi fonunda, Baltik dənizində gərginliyin artdığı müşahidə edilib. Rusiya, Baltik dənizi vasitəsilə həyata keçirdiyi neft tədarükünün 60 faizindən çoxunu bu bölgədən keçirir.