Ezonn Xəbər

Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb

Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. 25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi müşahidə olunub. Bu hadisə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb. Püskürmə yalnız bir faza ilə xarakterizə olunub və davamlılığı 15 dəqiqə ərzində baş verib. Püskürmə zamanı ayrılan enerji 1.15*10^7 joula bərabər olub.