Ezonn Xəbər

Vatsapda birdəfəlik mesaj yazmaq da mümkün olacaq

Vatsapda birdəfəlik mesaj yazmaq da mümkün olacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Vatsap, istifadəçilərin məxfiliyini gücləndirmək məqsədilə yeni bir funksiyanı sınaqdan keçirir. 'View Once' adlanan bu yenilik, istifadəçilərə mətn mesajlarını yalnız bir dəfə oxumaq imkanı verəcək. "Cebheinfo.az"ın məlumatına görə, bu funksiya hal-hazırda Vatsapın 'Android' platformasındakı 2.26.45.6 beta versiyasında bəzi seçilmiş istifadəçilərə təqdim edilir. Yeni funksiya isə adi mətn mesajlarına tətbiq ediləcəkdir. Bu funksiyadan yararlanmaq üçün istifadəçi çatda mesaj yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamalıdır. Burada açılan menyudan 'View Once' seçildikdə, mesaj avtomatik olaraq göndərilir. Maraqlıdır ki, qəbul edən şəxs mesajı çatdakı pəncərə ilə birbaşa göreməyəcək. Mesajı oxumaq üçün ondan xüsusi bir pəncərəyə toxunmalı və məlumatı burada əldə etməlidir. Pəncərə bağlandıqdan sonra mesajı yenidən açmaq imkanı olmayacaq. Eyni zamanda, çatda mesajın açıldığını bildirən bir işarə görsənəcəkdir.