Hakim oyuna sərxoş çıxdı — Futbolda görünməmiş qalmaqal

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” və İranın “Qol Gohar” komandaları arasında keçirilən qarşılaşmada baş hakim Hana Xattabın sərxoş halda oyunu idarə etməsi ilə bağlı iddialar müzakirə doğurub. Bu hadisə matçın 32-ci dəqiqəsində yaşanmış qəribə bir epizoddan sonra gündəmə gəlib.
Meydanın mərkəzində “Qol Gohar”ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı kobudluq edildikdən sonra hakim öz qərarını verməkdə çətinlik çəkib. Nəticədə, qaydanı pozan oyunçunun əvəzinə “Əl-Cəzirə”nin qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib. Bu qərar, İran təmsilçisinin məşqçi heyətinin etirazına səbəb olub.
İran komandasının məşqçisi Heydər Əfsari, oyunun gedişatında hakim davranışlarının qeyri-sabit olduğunu və “Əl-Cəzirə”nin futbolçularının da eyni fikirdə olduğunu açıqlayıb. O, konkret olaraq 77 nömrəli oyunçunun ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı olduğunu, lakin bunun baş vermədiyini bildirib.
Bu qalmaqalın ardından, İran klubu Asiya Futbol Konfederasiyasına (AFK) etiraz edib və fasilə zamanı hakim dəyişikliyi tələb olunub. AFK, bu etirazı qiymətləndirərək baş hakimi dəyişməyə qərar verib. Qeyd edək ki, matç “Əl-Cəzirə”nin braziliyalı futbolçusu Anderson Taliskanın vurduğu tək qol ilə 1:0 hesabı ilə başa çatıb.