Ezonn Xəbər

Kilsə ilə bağlı şok hesabat: Uşaqlara qarşı cinsi cinayətlər - 57 keşiş həbs edilib

Kilsə ilə bağlı şok hesabat: Uşaqlara qarşı cinsi cinayətlər - 57 keşiş həbs edilib
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. İtaliya Yepiskoplar Konfransı (CEI) tərəfindən hazırlanan hesabat, ölkədə Kilsə ilə bağlı cinsi istismar halları barədə şok edici faktlar ortaya qoyur. 2001-2021-ci illər arasında 385 uşaq qurbanı ilə 880 zorakılıq hadisəsi qeydə alınıb. Hesabatda, 133 yeparxiyada baş verən bu hadisələrin ətraflı təsviri təqdim edilib. Məlumatlara görə, qurbanların 70%-ni 14-17 yaşlı oğlanlar təşkil edir. Cinsi zorakılığın əsas forması fiziki təmasla bağlı olub və halların 55,6%-ini əhatə edib. Təqsirləndirilən şəxslərdən 123-ü İtaliya məhkəməsinə təqdim olunub, bunlardan 57-si həbs cəzasına məhkum edilib. CEI-nin rəhbəri kardinal Matteo Zuppi, keşişlər tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarı "dəhşətli cinayət" adlandırıb. O, bu məsələnin açıq şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıb. Zorakılıq Qurbanları Şəbəkəsi (Rete L'Abuso), CEI-nin cinsi istismar hallarına qarşı mübarizədəki fəaliyyətini "qeyri-kafi" qiymətləndirdiklərini bildirərək, hesabatda "kompensasiya" və "ədalət" terminlərinin yer almamasından məyus olduqlarını açıqlayıb.