Noyabrın sonuna qədər… üç BÜRCÜN həyatı yaxşılaşacaq

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Noyabr ayının sonuna qədər bir sıra astroloji dəyişikliklər nəticəsində yalnız üç bürc – Oxatan, Əqrəb və Qoç – həyatlarında müsbət irəliləyişlər gözləyirlər. Bu inkişafların əsas səbəbi Venera və Merkurinin noyabrın 13-də geriyə hərəkətinin sona çatmasıdır. Eyni zamanda, noyabrın 22-də Günəşin Oxatan bürcünə keçməsi, bu bürcün nümayəndələrinə enerji və yeni imkanlar təqdim edəcək.
Oxatan bürcünün nümayəndələri noyabr ayının sonuna qədər enerji, ilham və daha çox ünsiyyət qurmaq istəyi hiss edəcəklər. Veneranın Tərəzi bürcündəki birbaşa hərəkəti, Oxatanların sosial münasibətlərini yaxşılaşdıracaq. Noyabrın 25-də Marsın Qız bürcünə keçişi isə onların peşəkar nailiyyətlərinə müsbət təsir göstərəcək. Bu dövr, Oxatanlara yeni, daha əlverişli imkanlar açacaq.
Əqrəb bürcündəki retrograd Venera və Merkurinin yaratdığı gərginlik, noyabrın 13-dən sonra azalmaqda olacaq. Əqrəblərin maliyyə sabitliyi və rifahı artırmaq səyləri də müsbət nəticələr verəcək. Noyabrın 26-da Marsın Qız bürcünə keçməsi, sosial əlaqələrin genişlənməsinə şərait yaradacaq.
Qoçlar isə noyabr ayının əvvəlində finans və keçmiş münasibətləri ilə bağlı çətinliklərlə üzləşdilər. Lakin noyabrın 13-dən sonra vəziyyətin yaxşılaşması gözlənilir. Onların karyerası və təhsil sahəsində yeni perspektivlər açılacaq. Noyabrın 22-də Günəşin Oxatan bürcünə daxil olması, Qoçlara yeni ideyalar, təhsil və səyahət imkanları təqdim edəcək.
Ümumilikdə, noyabr ayı Oxatan, Əqrəb və Qoç bürcləri üçün müsbət bir dövr olacaq. Planetar dəyişikliklər, bu bürclərdə yeni şanslar və inkişaflar yaradacaq.