Ezonn Xəbər

Azərbaycanın boru ixracı $22 milyonu keçib - Əsas bazar Qazaxıstandır

Azərbaycanın boru ixracı $22 milyonu keçib - Əsas bazar Qazaxıstandır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin ilk üç ayında Azərbaycan, neft və qaz quyularının qazılmasında istifadə olunan tikişsiz polad boruların ixracını 42,9% artıraraq 22,16 milyon ABŞ dollarına çatdırıb. Ötən ilin eyni dövründə bu göstərici 15,51 milyon dollar səviyyəsində idi, illik artım isə 6,65 milyon dollar təşkil edir. Xaricə göndərilən boruların fiziki həcmi də gözəçarpan artım göstərib. Belə ki, bu göstərici 12,34 min tondan 17,51 tonadək yüksəlmişdir ki, bu da 41,9% artımı ifadə edir. Əsas alıcı ölkə Qazaxıstan olub, buraya 11,94 milyon dollarlıq qazma boruları ixrac olunub. Qazaxıstan bu ixracın ümumi dəyərində 53,9% paya malikdir. Bir ton borunun orta ixrac dəyəri isə ötən ilin eyni dövründə 1 257 dollar, bu il isə 1 266 dollar olub. Bu göstəricidə təxminən 0,7% artım yaşanıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda 124,04 min ton polad boru istehsal edilib ki, bu da ötən ilin 145 min tonluq göstəricisindən 14,5% azdır. Bununla yanaşı, paslanmayan poladdan olmayan tikişsiz nasos-kompressor və qazma borularının istehsalı 19,73 min tondan 24,35 min tona qədər yüksəlib, bu da 23,4% artım deməkdir. "Baku Steel Company" QSC-nin Sumqayıtdakı “Azərboru” sahəsi tikişsiz polad borular istehsal edir. Şirkət öz istehsal gücünü 60 min tonadək artırmağı hədəfləyir.