“Sabah” - “Barselona” oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib - FOTO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda baş tutan UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Sabah” və “Barselona” komandaları arasında keçirilən qarşılaşmada faciəli bir hadisə yaşanıb. Oyun zamanı Rusiyadan gəlmiş azarkeş, stadionda qəfildən vəfat edib.
Hadisə, Bakı Olimpiya Stadionunda oyunun ikinci hissəsində baş verib. 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşev, Krasnoyarsk diyarından Bakıya xüsusi olaraq bu matçı izləmək məqsədilə gəlmişdi.
Teleqrafın məlumatına görə, Petrişşevin halı qəfildən pisləşib və buna görə, o, stadionda dünyasını dəyişib. Mərhumun cəsədi müayinə məqsədilə morqa təhvil verilib.
İlkin araşdırmalara əsasən, azarkeşin ölüm səbəbi ürək tutması ilə əlaqədar olduğu ehtimal edilir. Bu hadisə, futbolsevərlərin təhlükəsizliyi və sağlamlığı baxımından narahatlıq doğurur.