Bakı aeroportunda ər-arvad saxlanılıb — 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Saxta pasportdan istifadə etdiyi üçün Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs olunub. Məlumatlara görə, ər-arvad Andrey Popesku və Yelena Popesku adlarıyla qeyd olunan şəxslərin əslində İran vətəndaşları olduqları müəyyən edilib.
Həbs edilənlərin 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popesku olduğu bildirilib. Araşdırmalar nəticəsində məlum olub ki, onlar 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, öz ad-soyadlarını dəyişərək yeni şəxsiyyət sənədləri əldə ediblər.
Hər iki şəxs İrandan Bakıya təyyarə ilə gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Araşdırmalar nəticəsində onların Urmiyadan gələn İran vətəndaşları olduğu və saxta pasport əldə etdikləri təsdiqlənib.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə onlara qarşı iş açılıb və məsələ Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.