Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 26-27-də Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri üçün ikitərəfli dəyirmi masa keçiriləcək. Bu tədbirdə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmək üçün Ermənistana yola düşüblər.
Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyinin həyata keçirilməsi müzakirə ediləcək. Müzakirələrdə qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın, ticarətin və nəqliyyat əlaqələrinin inkişafı da əsas müzakirə mövzularıdır.
İkitərəfli dəyirmi masa çərçivəsində humanitar məsələlər, təhsil və gənclərlə iş, habelə iki ölkənin cəmiyyətləri arasında uzunmüddətli əlaqələrin qurulmasını nəzərdə tutan məsələlər də gündəmə gələcək. Bu tədbir, iki ölkə arasında etimadın yaradılmasına və sülh mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.