Ezonn Xəbər

Ermənistanda noyabrın 26–27-də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək

Ermənistanda noyabrın 26–27-də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Bu tədbir "Sülh körpüsü" təşəbbüsü çərçivəsində gerçəkləşəcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini əhatə edəcək. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər də gündəmə gələcək. Tədbirdə iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutlarının yaradılması imkanları ilə yanaşı, humanitar məsələlər, gənclərlə iş və təhsil sahələrinin də müzakirə olunması planlaşdırılır. Eyni zamanda, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də müzakirələrin mövzusu olacaq. Bu görüş, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanlar açmağı hədəfləyir.