Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 26-27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunacaq. Bu görüş iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın inkişaf etdirilməsi məqsədini güdür.
Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyinə əsaslanaraq, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə və institusionallaşdırılmasına yönəldiləcək. Görüşdə həmçinin Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin qurulması və yeni marşrutların yaradılması imkanları müzakirə olunacaq.
İki tərəf arasında humanitar məsələlər, gənclər və təhsil sahəsindəki əməkdaşlıq da görüşün əhatə dairəsinə daxildir. Vətəndaş cəmiyyətləri nümayəndələrinin birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də müzakirələrdə ön planda olacaq.