BŞİH-nin müdaxiləsi ilə həmin tarixi qapı bərpa olundu

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin giriş qapısında qanunsuz dəyişiklik edilib. Sosial şəbəkələrdə yayımlanan məlumatlara əsasən, tarixi binanın birinci mərtəbəsindəki giriş qapısı müasir şüşə konstruksiya ilə əvəz edilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə münasibət bildirərək müvafiq araşdırma aparıb. Bu araşdırma nəticəsində sosial şəbəkələrdə yayımlanan məlumatların doğru olduğu təsdiqlənib. Bu zaman, abidəyə qanunsuz müdaxilə faktı müəyyənləşdirilib.
Yoxlamanın nəticələrinə əsasən, qapının ilk vəziyyətinə qaytarılması üçün bərpa işləri həyata keçirilib. Eyni zamanda, sahibkara tarixi irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi bildirilib. BŞİH, gələcəkdə bu cür hallarının baş verməməsi üçün rəsmi xəbərdarlıq edildiyini də vurğulayıb.
İcra Hakimiyyəti bildirib ki, tarixi abidələrə dair hər hansı dəyişiklik işləri müvafiq qanunvericiliyə və aidiyyəti qurumların razılığına uyğun icra edilməlidir. Bu şəkildə, mədəni irsin qorunması məqsədini güdür.