Ezonn Xəbər

Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Ölkənin ilk rəqəmsal bankı Birbank, “Yığ və qazan” lotereyasının ilk tirajının qaliblərini elan etdi. Təsadüfi seçim metodu ilə keçirilən tirajda 165 iştirakçı müxtəlif məbləğlərdə pul mükafatı qazanmışdır. İlk tirajda qazananların mükafatları arasında 100 AZN məbləğində 100 mükafat, 200 AZN-lik 50 mükafat, 1 000 AZN-lik 10 mükafat, 5 000 AZN-lik 4 mükafat və 20 000 AZN-lik 1 baş mükafat yer alır. Ümumilikdə isə tirajın mükafat fondu 70 000 AZN təşkil edir. “Yığ və qazan” lotereyası 8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci il tarixinə qədər davam edəcək. Lotereyada iştirak üçün şanslar, müştərinin yığım hesabı üzrə etdiyi əməliyyatlara əsaslanaraq artır. Bunun üçün müştərilərin hesab açması, ona vəsait əlavə etməsi, yığım məqsədi təyin etməsi kimi fəaliyyətləri yerinə yetirməsi tələb olunur. Lotereyada həm mövcud, həm də yeni AZN və USD yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilər. İştirakçılar, Birbank mobil tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq tapşırıqları və qazandıkları şansların sayını görə bilərlər. Növbəti tirajlar 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında isə 50 000 AZN dəyərində baş mükafat sahibini tapacaq. İlk tirajın qaliblərinin tam siyahısına [buradan](http://www.b-b.az/bbsvptrj) baxa bilərsiniz.