Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Kiyevskaya ploşad şirkətlər qrupunun həmsahibi Qod Nisanov, Moskva meri Sergey Sobyanin ilə birlikdə Kremlin 500 metrliyində yerləşən yeni beşulduzlu "Rossiya" mehmanxana kompleksini təqdim edib. Bu barədə Rusiya mediasında məlumat yayıldığı bildirilib.
Nisanov, təqdim edilən layihənin investoru olaraq çıxış edib. Məlumatlara görə, mehmanxana kompleksinin bərpa işləri zamanı binaların tarixi görkəmi qorunub saxlanılıb. Yenidənqurma işləri çərçivəsində inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri bərpa olunub.
Bərpa edilən tikililər, xarici nümayəndə heyətləri, işgüzar səfərlərdə olan şəxslər və turistlər üçün nəzərdə tutulan bir otel kompleksində birləşdirilib. Kompleksin əsas hissələrindən biri isə 500 nəfərədək iştirakçı tutumuna malik konqres mərkəzi olacaq.
Meyanxana kompleksinin ümumi sahəsi 64 min kvadratmetr təşkil edir. Burada 151 lüks nömrə, spa mərkəzi, klinika və 25 metrlik hovuzu olan fitnes klubu fəaliyyət göstərəcək. Bu cür imkanlar Nisanovun layihəsinin beynəlxalq səviyyədə xarici turistləri cəlb etmək məqsədini güdür.