Kuşner Rusiya-Ukrayna danışıqlarının uzanmasında Kiyevi günahlandırır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner, Rusiya ilə Ukrayna arasında gedən sülh danışıqlarının uzanmasını 2025-ci ilin sonunda Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumla əlaqələndirib. Bu fikirlər Kuşnerin “Axel Springer” media qrupunun rəhbəri Matias Döpfnerə verdiyi müsahibədə səsləndirilib.
Kuşner bildirib ki, indiki vaxtda tərəflər ərazi məsələsində razılığa gələ bilmir. O, ötən il Moskva və Kiyev arasında aparılan danışıqların gedişatını xatırlayaraq, noyabr ayında müəyyən irəliləyiş olduğunu, lakin dekabrın sonunda Ukraynanın Putinin iqamətgahına hücumu səbəbindən danışıq prosesində geriləmə yaşandığını vurğulayıb.
Fevraldan sentyabr ayınadək iki tərəf arasında davamlı əlaqənin olduğunu qeyd edən Kuşner, ABŞ-ın hər iki tərəfdən ortaq məxrəcə gəlmək üçün ciddi çeviklik göstərə bilmədiyini bildirib. O, həmçinin Putinin sülhə nail olmaq istəyinin olub-olmadığını soruşduqda, bunun mümkün olduğunu düşündüyünü, lakin ərazi məsələsinin başlıca maneə olduğunu vurğulayıb.
Kuşnerin söylədiyinə görə, Putin ilə Rusiya nümayəndə heyəti ilə apardığı müzakirələrdə ərazi məsələsinin müəyyən dalana dirəndiyini təsdiqləyib. O, ABŞ-ın Ukraynaya bu müharibədə dəstək verdiyini, həmçinin danışıqlarda vasitəçi rolunu oynadığını deyib.