Ezonn Xəbər

TRIPP şirkətində ABŞ və Ermənistanın payı məlum oldu

TRIPP şirkətində ABŞ və Ermənistanın payı məlum oldu
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Ermənistan hökuməti TRIPP layihəsinin icrası ilə əlaqədar yaradılacaq şirkət üçün bağlanacaq sazişi təsdiqləyib. Bu günlərdə Ermənistanda keçirilən hökumət iclasında baş nazir Nikol Paşinyan, sənədin yaxın günlərdə imzalanacağını açıqlayıb. Paşinyan qeyd edib ki, saziş imzalandıqdan sonra şirkət Ermənistanda qeydiyyata alınacaq və iş fəaliyyətinə başlayacaq. Bu həftə, layihənin icrası üçün hazırlıq işlərinə start veriləcək. Dəmir yolu üçün ərazi təmizlənir, tikinti meydançası hazırlanır, eyni zamanda avtomobil yolu, dəmir yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi də həyata keçirilir. Baş nazir, TRIPP layihəsinin Ermənistanın müstəqil tarixində ən böyük iqtisadi təşəbbüsü olduğunu vurğulayıb. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan, yaradılacaq şirkətin səhmdarları arasında ABŞ-nın payının 74, Ermənistanın isə 26 faiz olacağını bildirmişdir. ABŞ-nın payını öz tərkibində Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) olan bir törəmə şirkət idarə edəcək. Sazişdə 16 qrup məsələ üzrə hər iki tərəfin razılığının alınması tələb olunur. Bu məsələlərə investorların seçilməsi, üçüncü tərəflərin layihəyə qoşulması, konsessiya müqavilələrinin şərtləri və maliyyə qərarları daxildir. Konsessiya hüququnun verilməsi səlahiyyəti Ermənistan hökumətinə aid olacaq. Səhmdarlar sazişi isə 2026-cı ilin iyunun 4-də imzalanmış çərçivə müqaviləsinin icrası üçün hazırlanıb.