Gənc xanıma yüksək vəzifə verildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni bir təyinat gerçəkləşib. Əminə Rahib qızı İsgəndərli, Baş İdarənin Transfer qiymətlərinə nəzarət şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Əminə İsgəndərli, yeni vəzifəyə başlamazdan əvvəl, 2025-ci ilin dekabrına qədər həmin şöbədə baş dövlət vergi müfəttişi kimi fəaliyyət göstərib. Onun peşəkar karyerası zamanı 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olaraq xüsusi vergi rejimli müəssisələrin auditini həyata keçirdiyi məlumdur.
O, 2019-cu ildən 2022-ci il avqustuna qədər Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsində vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Bu dövr ərzində əvvəlcə dövlət vergi müfəttişi, 2021-ci ilin iyun ayında isə baş dövlət vergi müfəttişi vəzifəsinə yüksəlib.
Əminə İsgəndərli, öz karyerasına özəl sektorda başlayıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin martına qədər “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi və 2019-cu ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi kimi fəaliyyət göstərib. Həmçinin, 2016-cı ilin avqust-sentyabr aylarında Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi kimi çalışıb.