Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Yevlax rayonunun Aran qəsəbəsində övladlarına aliment ödəməyən qadın məhkum edilib. Məlumata görə, Ramil Rüstəmov 2012-ci ildən ailə həyatı qurub və bu nikahdan iki övladı dünyaya gəlib. Lakin bir müddət sonra cütlük ayrılıb və uşaqlar atasının himayəsinə verilib.
Məhkəmə, uşaqların yetkinlik yaşına çatdırılması üçün anadan hər biri üçün 150 manat olmaqla, toplamda 300 manat aliment ödəməsini tələb edib. Lakin ana bu qərarı icra etməyərək aliment ödəməkdən yayınmışdır.
Hüquq-mühafizə orqanlarına müraciət edən ata, məsələ ilə bağlı cinayət işi açılması üçün müraciət edib. İstintaq dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb.
Məhkəmə, etdiyi qanunsuzluq nəticəsində qadına 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası tətbiq edib. Eyni zamanda, onun üzərinə elektron nəzarət qolbağı qoyulub. Bu hadisə aliment öhdəliklərinin icrasını təmin etməyən şəxslərə qarşı sərt tədbirlərin alınması baxımından önəmli bir presedent yaradıb.