Azərbaycanda “Temu” elektron ticarət platformasına qadağa gəlir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” adlı elektron ticarət platforması haqqında apardığı araşdırmanı başa çatdırıb. Araşdırma nəticəsində platformanın sahibinin hüquqları pozduğu qeyd edilib və buna görə müvafiq komissiya yaradılması qərara alınıb.
Rəqabət qanunvericiliyinin pozulma halları, xüsusilə qiymət siyasəti ilə bağlı olduğu bildirilir. Araşdırmadan sonra “Temu”nun aşağı qiymət siyasəti həyata keçirərək bazarda hökmranlıq yaratması ehtimalı aşkarlanıb. Rəqabət Məcəlləsinin 16-cı maddəsinin 16.2.1, 16.2.7, 16.2.8-ci bəndlərinə istinad olunaraq, “Temu”nun maya dəyərindən aşağı satışlar etdiyi bildirilir.
Müvafiq qanunvericiliyə görə, əgər Rəqabət Məcəlləsinin bəndləri pozulubsa, ilkin olaraq iş qaldırılması üçün komissiya formalaşdırılmalıdır. Bu addım artıq atılıb və “Temu”ya cərimə tətbiqi məsələsi müzakirə edilir. Komissiya, qiymət siyasətinin dəyişdirilməsi və pozuntunun nəticələrinin aradan qaldırılması üçün “Temu”ya rəsmi göstəriş verə bilər.