Ezonn Xəbər

Azərbaycan Ermənistan nümayəndələrinin görüşü başlayıb

Azərbaycan Ermənistan nümayəndələrinin görüşü başlayıb
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 26-27-də Ermənistanda ‘Sülh körpüsü’ təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında geniştərkibli müzakirələr başlayıb. Bu görüşdə iki ölkədən 60-dan çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Görüşdə yeralan müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyinə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi təşəbbüslərinə yönələcək. Həmçinin, iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılması üçün tədbirlər müzakirə olunacaq. Müzakirələr çərçivəsində Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutlarının yaradılması imkanları da nəzərdən keçiriləcək. Humanitar məsələlər, gənclərlə iş və təhsil sahəsi də bu müzakirələrin diqqət mərkəzində olacaq. Sözlərinə görə, iki ölkə arasında vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə ediləcək. Bu, iki tərəf arasında inamın artırılmasına xidmət edəcək.