Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 5-ci görüşü başladı - Foto

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 26-da Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Bu tədbirdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. Ümumilikdə 60 nəfər iştirakçının yer aldığı müzakirələr noyabrın 26-27 tarixlərində davam edəcək.
Görüş zamanı, 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyi ön plana çıxarılacaq. Bununla yanaşı, Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması məqsədilə müxtəlif təşəbbüslər müzakirə ediləcək.
Tədbirdə iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşdırılması, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın inkişafı, ticarət və kommunikasiya yollarının qurulması imkanları da müzakirə olunacaq. Bu istiqamətdə humanitar məsələlər, gənclərlə iş, təhsil, habelə iki ölkə nümayəndələri arasında uzunmüddətli əlaqələrin qurulması perspektivləri də ələ alınacaq.